Hadisə barədə məlumat

Hadisə hansı sığorta növü üzrə baş vermişdir:

Avtonəqliyyat vasitəsinin sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Avtomobilin markası və modeli
Dövlət qeydiyyat nişanı
Əlaqə nömrəsi
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Baş vermə yeri

Hadisə DYP əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Sığortalanmış avtomobil barədə məlumat

Markası və modeli

Dövlət qeydiyyat nişanı
Buraxılış ili
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Ünvanı
Məlumat
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Hadisə polis və ya Fövqəladə Hallar Nazirliyinin (və ya digər müvafiq dövlət orqanları) əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Hadisənin təsviri

Dəymiş zərərin təsviri
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri
Hadisə haqqında məlumat

Hadisə hansı ölkədə və şəhərdə baş vermişdir

Tarixi və vaxtı

Hadisə barədə ixtisaslaşmış servis mərkəzinə məlumat verilmişdirmi?

Çəkilmiş xərclərin məbləği
Təklifinizi və ya şikayətinizi göndərin.
Təklif şikayət
AZ EN
İCBARİ / Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında

"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Auditorun peşə məsuliyyətinin icbari
sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan
Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən
qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.4. həmin Qanunun 8.9-cu maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş baza
sığorta tariflərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. öz səlahiyyətləri daxilində "Auditorun peşə məsuliyyətinin icbari sığortası
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən edilsin ki, "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında"
Azərbaycan Respublikası Qanununun 8.9-cu maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il
№ 613

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 12 sentyabr 2008-ci il tarixli 827 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

12 sentyabr 2008-ci il tarixli 827 nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205) ilə adında, preambulasında, 1.1-
ci, 1.3-cü, 1.5-ci və 2-ci bəndlərində “Auditorların mülki” sözü “Auditorun peşə” sözü ilə əvəz
edilmişdir.