Hadisə barədə məlumat

Hadisə hansı sığorta növü üzrə baş vermişdir:

Avtonəqliyyat vasitəsinin sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Avtomobilin markası və modeli
Dövlət qeydiyyat nişanı
Əlaqə nömrəsi
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Baş vermə yeri

Hadisə DYP əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Sığortalanmış avtomobil barədə məlumat

Markası və modeli

Dövlət qeydiyyat nişanı
Buraxılış ili
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Ünvanı
Məlumat
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Hadisə polis və ya Fövqəladə Hallar Nazirliyinin (və ya digər müvafiq dövlət orqanları) əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Hadisənin təsviri

Dəymiş zərərin təsviri
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri
Hadisə haqqında məlumat

Hadisə hansı ölkədə və şəhərdə baş vermişdir

Tarixi və vaxtı

Hadisə barədə ixtisaslaşmış servis mərkəzinə məlumat verilmişdirmi?

Çəkilmiş xərclərin məbləği
Təklifinizi və ya şikayətinizi göndərin.

Hörmətli müştəri,

Şirkətimizin fəaliyyəti ilə bağlı təklifləriniz və şikayətləriniz, həmçinin, hər hansı əməkdaşımız barəsində şikayətiniz varsa, aşağıdakı elektron formanı dolduraraq, bizə göndərməyiniz xahiş olunur.
Sizin sorğunuza 5 iş günü ərzində baxılacaqdır.
Məsul şəxs: Ümumi və kadrlar şöbəsinin müdiri Lalə Alışeva-Polkanova
Telefon: +994 12 598 38 50
Faks: + 994 12 598 38 02
E-mail: lala_alisheva@silkwayinsurance.com

Təklif şikayət
AZ EN

“İPƏK YOLU SIĞORTA” ASC-nin DİVİDEND SİYASƏTİ

ÜMUMİ MÜDDƏALAR

Bu Siyasət Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Cəmiyyətin Nizamnaməsinə və bu sahədə qüvvədə olan digər qanunvericilik aktlarına əsaslanaraq hazırlanmışdır.

Bu Siyasətin əsas məqsədi Cəmiyyətdə dividendlərin hesablanması və ödənilməsi qaydalarını müəyyən etmək, həmin qaydaların səhmdarlar üçün şəffaf və aydın olmasını təmin etməkdir.

Bu Siyasətin hazırlanması zamanı Cəmiyyətin daxili siyasəti, səhmdarlar qarşısında vəzifələri, səhmdarların hüquqları və etik normalar nəzərə alınmışdır.

Dividendlərin bölüşdürülməsi dedikdə, Cəmiyyətin əldə etdiyi xalis mənfəət məbləğinin səhmdarlar arasında, onların mülkiyyətində olan səhmlərin sayına və kateqoriyasına uyğun qaydada bölüşdürülməsi nəzərdə tutulur.

Cəmiyyətin səhmləri adi adlı sənədsiz səhmlərdən ibarətdir. Adi səhm öz mülkiyyətçisinə Cəmiyyətin mənfəətini dividendlər şəklində almaq, Cəmiyyətin fəaliyyətinin idarə olunmasında iştirak etmək və Cəmiyyətin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.

1.DİVİDENDLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ (ELAN OLUNMASI)

1.1 Dividendlərin elan olunması barədə qərar Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.

1.2 Cəmiyyət dövriyyədə olan səhmləri üzrə rüblük, yarımillik və illik dividend bölüşdürülməsini həyata keçirə bilər.

1.3 Dividend almaq hüququ olan şəxslərin siyahısı Cəmiyyətin səhmdarlarının reyestri əsasında müəyyən edilir.

1.4 Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni qaydada hesablanmalıdır.

1.5 Dividendlərin bölüşdürülməsi barədə qərar, səhmdarların ən azı 60%-nin iştirakı ilə verilərsə, səlahiyyətli hesab olunur.

1,6 Dividendlərin bölüşdürülməsindən əvvəl səhmdarlar, Cəmiyyətin xalis mənfəətinin yaranması mənbələri barədə məlumatla tanış olurlar. Cəmiyyətin mənfəəti – sığorta fəaliyyəti, investisiya fəaliyyəti və aktivlərin satışından əldə edilən gəlirlərdən cari fəaliyyət üçün çəkilmiş xərclər çıxılmaqla formalaşır. Cəmiyyətin investisiya fəaliyyəti mövcud qanunvericiliklə və Cəmiyyətin daxili qaydaları ilə tənzimlənir. İnvestisiya fəaliyyəti üçün maliyyə mənbələri kimi, Cəmiyyətin nizamnamə kapitalı və sığorta ehtiyatlarına ayrılmış pul vəsaitləri istifadə olunur.

1.7 Dividendlərin bölüşdürülməsi nəticəsində, Cəmiyyətin kapitalı təsdiqlənmiş nizamnamə kapitalından az olacağı təqdirdə, dividendlərin bölüşdürülməsinə icazə verilmir, yaxud bölüşdürülən məbləğ azaldılır.

1.8 Mənfəətin əldə edildiyi dövr ərzində Cəmiyyətin səhmdar(lar)ının siyahısında və paylarında dəyişiklik baş verdiyi halda, dividendlər dəyişiklik baş verənə qədər və ondan sonrakı dövr üzrə paylara müvafiq qaydada proporsional bölüşdürülür.

2. DİVİDENDLƏRİN ÖDƏNİLMƏSİ

2.1 Dividenlər səhmdarlara pul vəsaitləri şəklində, Azərbaycan manatı ilə, bank hesabına köçürmə yolu ilə ödənilir.

2.2 Səhmdarın Cəmiyyətə hər hansı borcunun olması halında, ödəniləcək dividendlər səhmdarın borcu ilə qarşılıqlı surətdə əvəzləşdirilə bilər. Əvəzləşdirmə hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında həyata keçirilir.

2.3 Səhmdara ödəniləcək dividend, onun öz şəxsi ərizəsi əsasında, ərizədə göstərdiyi nümayəndəsinə (şəxsə) ödənilə bilər.

2.4 Dividendlərin ödənilməsi müddətləri və qaydaları səhmdarlar tərəfindən müəyyənləşdirilir.

2.5 Dividendlərin ödənilməsi zamanı, dividendlərin bölüşdürülməsi barədə qərarın qəbul edilməsində iştirakı olub-olmamasından asılı olmayaraq və ya digər səbəblərı əsas gətirərək, səhmdarlardan hər hansı birinə daha yüksək imtiyazların verilməsi yolverilməzdir.

2.6 Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, dividendlərdən tutulan vergilərin hesablanması, ödəmə mənbəyində tutulması və büdcəyə köçürülməsi Cəmiyyət tərəfindən həyata keçirilir.

3. YEKUN MÜDDƏALAR

3.1 Bu Siyasət, ona edilən hər hansı dəyişikliklər və əlavələr Cəmiyyətin Direktorlar Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.

3.2 Bu Siyasətdə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

/